Qəbələdə ölümlə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayıbbackend

Qəbələdə ölümlə nəticələnən yol qəzası ilə bağlı məhkəmə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Əli Hüseynovun verdiyi məlumata görə, hakim Abbas Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və baxış iclası martın 27-nə təyin edilib.

Vəkil bildirib ki, iş üzrə cinayət işinin istintaqında nöqsanlara yol verilib:

\”Mən və Eldəniz Quliyev təqsirləndirilən şəxsin vəkilləriyik. Bildiririk ki, cinayət işi üzrə Nurlan Xəlilov heç bir halda məsuliyyətə cəlb edilə bilməz, hadisədə onun heç bir günahı yoxdur və bu barədə videogörüntülər də var. Çalışacğıq ki, müvəkkilimizin günahsızlığını sübuta yetirək və ona bəraət hökmünün çıxarılmasına nail olaq\”.

Xatırladaq ki, ötən il iyulun 9-da saat 14:30 radələrində Qəbələ şəhəri 28 may küçəsində şəhər sakini Nurlan Xəlilov idarə etdiyi “ Niva” markalı avtomobillə rayonun Bum qəsəbəsi istiqamətində hərəkətdə olarkən, onun qarşısında hərəkət edən “Hyundai Sonata” markalı avtomobilin sürücüsü, şəhər sakini Elçin Məmmədovun geriyə manevr etməsi nəticəsində hər iki avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, baş vermiş qəza nəticəsində hər iki sürücü, eləcə də avtomobillərdə sərnişin qismində olan Elşən Aslanov və Leyla Məmmədova müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına və diaqnostika mərkəzinə yerləşdiriliblər. Aldığı ağır bədən xəsarətlərindən sürücü E.Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.(trend)

İnterPress.az