Çində iki gəmi toqquşub, 12 nəfər itkin düşübbackend

Çində iki gəmi toqquşub, 12 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər itkin düşüb.

Qəza Dayşan qəzası hövzəsində olub. Limana qayıtmaqda olan balıqçı gəmisi digəri ilə toqquşub. Nəticədə 14 balıqçı suya düşüb. Onlardan ikisi xilas edilib, qalanları isə hələlik itkin düşmüş hesab edilir.

Ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerinə bir neçə xilasetmə gəmisi göndərilib. Axtarışa vertolyot da cəlb olunub.

İnterPress.az