Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xırdalanda müğənni qadın qəza törədərək ölüb - VİDEO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Dərc edilib: 12 mart 2019 [09:28]
Baxış sayı: 9299

İnterPress.az-ın məlumatına görə, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.

Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.(ona.az)



İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116