“Neftçi”nin futbolçusu Haiti milli komandasına dəvət alıbbackend

“Neftçi”nin futbolçusu Haiti milli komandasına dəvət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, mərkəzi amerikalıların KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində keçirəcəyi son matçına 22 futbolçu çağırılıb.

Kuba ilə martın 24-də evdə olacaq qarşılaşmaya dəvət alanlar arasında “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar da var. Bu komandanın ölkəmizdə çıxış edən digər üzvü Donald Gerye isə heyətdən kənarda qalıb. “Qarabağ”ın futbolçusunun yığmaya çağırılmamağının səbəbi cəzalı durumda olmasıdır.

Qeyd edək ki, “Neftçi”nin 29 yaşlı yarımmüdafiəçisi millidə keçirdiyi 14 matçda 2 qol vurub.

İnterPress.az