Şahin Mustafayev: “Qazprombank”ın Azərbaycan iqtisadiyyatının digər sahələrinə töhfə verməsini istəyirik”backend

Şahin Mustafayev: “Qazprombank”ın Azərbaycan iqtisadiyyatının digər sahələrinə töhfə verməsini istəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Azərbaycanın aqrar-sənaye kompleksinə maliyyə axınlarının çatmasını, kiçik və orta biznesin “Qazprombank”ın imkanlarından yararlanmasını istərdik. Bu bank ölkəmizdə uğurla fəaliyyət göstərir. Onun Sumqayıt Kimya Sənaye Parkında, “SOCAR Polymer” layihəsində iştirakını xüsusilə qeyd etmək istəyirəm. Sözügedən layihənin dəyəri təqribən 880 mln. ABŞ dolları təşkil edib ki, bunun da 500 mln. dollara qədərini “Qazprombank” maliyyələşdirib\”, – nazir qeyd edib.

Xatırladaq ki, bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Qazprombank”ın birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-seminar keçirilir.

İnterPress.az