Sünnətin riski – ARAŞDIRMAbackend

Sünnətin riski – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Danimarkanın Staten Serum İnstitunun alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəlib.

Danimarkada 340 min uşağı araşdıran alimlər sünnətin 10 yaşına qədər olan uşaqlarda autizm spektrinin inkişafını 46% artırdığını bildiriblər. Əgər sünnət 5 yaşına qədər edilibsə, o zaman risk 2 dəfə artır. BU yaşa qədər sünnət həmçinin ADHD-diqqət və hiperaktivlik çatışmazlığı sindromunun inkişaf təhlükəsi yaradır.
Tədqiqatçıların fikrincə, buna səbəb kəsilmə vaxtı uşağın keçirdiyi stress və ağrılardır. Prosesin ağrısız keçməsi üçün istifadə edilən bütün metodlar bunu aradan qaldırmır. Bu səbəbdən sünnət proseduru ağrılı olur və uşaq özünə qapanır.

Bəzi alimlər bu fikirlə tam razılaşmayaraq bildirirlər ki, araşdırmanın nəticələrini yenidən yoxlamaq lazımdır.

Sünnət proseduru təkcə müsəlmanlar arasında yox, dünyanın bir çox xalqlarında yayılıb. Araşdırmaçılar ümid edirlər ki, araşdırmanın nəticələri diqqət çəkəcək və digər tədqiqatçılar üçün stimul olacaq.

İnterpress.az