Bakıda avtomobilləri qeyri-adi üsulla yaran qardaşlar tutulubbackend

Bakıda avtomobilləri qeyri-adi üsulla yaran qardaşlar tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar – 1992-ci il təvəllüdlü Elmar Rzayev və qardaşı, 1993-cü il təvəllüdlü Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.

Müəyyən olunub ki, qardaşlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə etməklə, müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurublar.

Onlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir.

Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır. Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırılması davam etdirilir.

İnterPress.az