Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olubbackend

Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin təşəbbüs və təşkilatçılığı ilə könüllü olaraq təşkil edilib.

Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf Yel çərşəmbəsi münasibətilə hər kəsi təbrik edərək görüşün mövzu və məqsədi haqqında məlumat verib. Nərgiz Xələf qeyd edib ki, bir il ərzində Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində görülən işlər uğurlu nəticələr verib.

Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, ölkə daxilindəki ictimai birliklərlə diaspor üzvlərinin əməkdaşlığı çərçivəsində perspektivdə orijinal layihələr həyata keçiriləcək.

Daha sonra diaspor üzvlərilə videobağlantı yaradılıb. Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri Azad Rəhimov, “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova, İngiltərədə “Qafqaz” idman klubunun, eləcə də Xaricdə yaşayan Azərbaycanlı İdmançılar Birliyini rəhbəri Hafiz Baxşəliyev virtual formada tədbirə qoşularaq Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, perspektiv fəaliyyətləri haqda danışıblar. Diaspor üzvləri qeyd ediblər ki, əsas məqsədləri Azərbaycanı xaricdə tanıtmaq və onun mənafeyi uğurunda əllərindən gələni etməkdir. Bildiriblər ki, Azərbaycandakı QHT nümayəndələrinin diaspor üzvlərinin fəaliyyətinə belə dəyər verməsi onları motivasiya edir. Konfrans zamanı virtual qonaqlara suallar verilib, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə QHT rəhbərləri fəaliyyətlərini genişləndirmək üçün birgə layihələrin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin uğurları hər bir vətənpərvər azərbaycanlını sevindirir.

İnterPress.az