Naxçıvanda keçirilən komanda-qərargah təlimi davam edirbackend

Naxçıvanda keçirilən komanda-qərargah təlimi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr təlim döyüş həyəcanı siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilib.

Martın 12-də döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib. Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim martın 16-da da davam edəcək.

İnterPress.az