Nazir: “Dünyada texnoloji cinayətlərin coğrafiyası və əhatə dairəsi genişlənib”backend

Nazir: “Dünyada texnoloji cinayətlərin coğrafiyası və əhatə dairəsi genişlənib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumunda (RİİF) deyib.

O, bu forumun \”Kibertəhlükəsizlik həftəsi\”nin əsas tədbiri seçildiyini, bunun təsadüfi olmadığını qeyd edib.

“Müasir texnologiyalar, o cümlədən internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir. Amma bu gün dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaşanır. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı ildən-ilə artır. Bunu nəzərə alaraq Azərbaycanın 2019-2024-cü illəri əhatə edən “Kibertəhlükəsizlik strategiyası” hazırlanıb və təsdiq olunma mərhələsindədir”, – deyə R.Quluzadə qeyd edib.

Tədbirdə çıxış edən BMT-nin baş katibinin köməkçisi, UNDP-nin rəhbərinin müavini, eyni zamanda Avropa və MDB ölkələri üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer isə Bakı forumunun əhəmiyyəti barədə danışıb: \”Bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır, sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yəni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə də internet texnologiyaları potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün olmayan olan idarəetmə platformalarını yaradır\”.

İnterPress.az