Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədirbackend

Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “E24”-ə istinadən xəbər verir ki, bu barədə hava yolu şirkətinin mətbuat katibi Lasse Sandaker Nilsen bildirib.

O deyib ki, bütövlükdə, “Boeing”dən təzminat istəyəcəyik: \”Biz tam yeni təyyarə işlədə bilmədiyimiz üzündən iqtisadi sıxıntılar çəkməli deyilik.”

Şirkətin mətbuat katibi tələb edəcəkləri vəsaitin məbləğini açıqlamayıb.

Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 737 Max8” və “Boeing 737-9 Max” tipli təyyarələrin Avropa İttifaqı məkanında istifadəsinə müvəqqəti qadağa qoyub.

Bununla yanaşı, “Boeing 737 Max8” tipli təyyarələrin işlətməsi Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin hava yolu şirkətləri tərəfindən dayandırılıb.

İnterPress.az