Bakıda İran vətəndaşına qarşı 83 min manatlıq dələduzluq edən qadına hökm oxunubbackend

Bakıda İran vətəndaşına qarşı 83 min manatlıq dələduzluq edən qadına hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən İran vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 83 min 257 min manat alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.

Cinayət işində ümumilikdə 14 zərərçəkmiş var. O, həmin şəxslərə 232 min 757 manat məbləğində ziyan vurub.

S.Mirzəyeva həmin şəxslərə özünü hüquq-mühafizə orqanları əməkdaşı olduğunu deyərək dələduzluq edib.(report)

İnterPress.az