Küləyin sürəti saniyədə 28 metrə çatacaq – XƏBƏRDARLIQbackend

Küləyin sürəti saniyədə 28 metrə çatacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 14-dən 15-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

İnterPress.az