Repetitorluğun qarşısını almaq üçün təklif edilir ki…backend

Repetitorluğun qarşısını almaq üçün təklif edilir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.

Komitə sədri Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi olaraq, işlərin aparıldığını deyib.

Qanun layihəsinin parlamentə III oxunuş üçün təqdim edilməsi qərara alınıb.

İnterPress.az