Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilibbackend

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, gündəlikdəki qanun layihələri barədə komitə sədri İsa Həbibbəyli məlumat verib.

Əvvəlcə “Ümumi təhsil haqqında” qanuna (üçüncü oxunuş) baxılıb. Deputatlar layihə ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Əmək, Vergi, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrində, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında dövlər dili haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkən vətəndaşların status və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında”, “Mühasibat uçotu haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb, fikir mübadiləsi aparılıb.

İ.Həbibbəyli deyib ki, bu qanunlara edilən dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonda cari məsələlərə baxılıb.

İnterPress.az