Azərbaycan hava nəqliyyatında regional yardım mərkəzinə çevrilə bilərbackend

Azərbaycan hava nəqliyyatında regional yardım mərkəzinə çevrilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtı Madriddə keçirilən \”World ATM Congress 2019\” tədbiri çərçivəsində \”Azərbaycan Hava Yolları\” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre – NMOC) törəmə strukturu \”Eurocontrol\”un direktoru Co Sultanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə İnterPress.az-a AZAL-dan bildirilib.

Məlumata görə, görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri, \”Eurocontrol\”un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunub, AZANS və \”Eurocontrol\” arasında sazişin imzalanmasının zəruriliyi qeyd edilib. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcək.

Bu il fevralın 27-28-də Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olub. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artıb.

\”World ATM Congress\” hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab edilir. Hər il burada təxminən 10 min nəfər iştirak edir.

AZANS Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir və hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir. Onlardan 300-ü tranzit reyslər yerinə yetirir.

\”\”Eurocontrol\” 41 üzv dövlətdən və xüsusi razılaşması olan 2 dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Qurum tərəfdaşları ilə birlikdə hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səması yaratmaq niyyətindədir.

İnterPress.az