XDMX: Son 1 ayda bank məlumatlarını oğurlamağa yönəlmiş 22 mindən çox troyan bloklanıbbackend

XDMX: Son 1 ayda bank məlumatlarını oğurlamağa yönəlmiş 22 mindən çox troyan bloklanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Bakıda keçirilən \”Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz\” adlı forumda çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov məlumat verib.

T.Məmmədov əlavə edib ki, insanların maarifləndirilməsi yolu ilə insanların təhlükəsizlik səviyyəsini yüksəltmək olar:

\”Son bir ayın (01.02.2019 – 01.03.2019) nəticələrini göstərən başqa statistika da onu təsdiq edir ki, əsas zərərvericilər insanları hədəfə alır. Son zamanlar maliyyə yönümlü zərərvericilər daha da aktivləşib. Bu statistikada da ilk yerdə \”RAMMIT\” adlı zərərvericidir (troyan-trojan) ki, o da bank əməliyyatlarını hədəfə alır. Son 1 ayda biz 22347 troyanı bloklamışıq\”.

Bu məsələlərlə bağlı \”Report\”a açıqlama verən Tural Məmmədov deyib ki, son dövrlər mövcud olan hücumlarda \”RAMMIT\”in əsas təyinatının məhz bank məlumatlarının oğurlanması olduğu görünür:

\”Bütün istifadəçilər bank kartlarından istifadə edir, onlayn ödənişlər edir. \”RAMMIT\”in də əsas təyinatı ödənişlər vaxtı araya girib ödəniş kodlarını, məlumatlarını oğurlamaqdır\”.

İnterPress.az