“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdibackend

“Cırtdan” keçmiş Meksika prezidentini məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“El Financiero” nəşrinin məlumatına görə, bu barədə vəkil Xose Luis Meza açıqlama verib.

“Cırtdan” siyasətçini özünün ABŞ-a ekstradisiyası ərəfəsində və ekstradisiyası vaxtı prosessual qaydaları pozmaqda ittiham edir. Vəkilin sözlərinə görə, Qusman, əslində, ABŞ-ın sərhədyanı şəhərlərindən birinə – ya Texas ştatının El Paso şəhərinə, ya da Kaliforniyanın San-Dieqo şəhərinə çatdırılmalı idi.

Bunun əvəzinə onu Nyu-Yorka aparıblar. “Cırtdan”ın vəkili bunun ABŞ və Meksika arasında bağlanmış ekstradisiya haqqında müqavilənin tələblərinə zidd oluğunu bildirir.

Bundan başqa, iddia ərizəsinin digər müddəasına görə, narkobaron ekstradisiya olunmazdan əvvəl prezident administrasiyasının günahı ucbatından Meksika məhkəməsi qarşısına çıxarılmayıb:

“Onlar Ali Məhkəməni tapdaq altına alıblar və bir sıra xətalara yol veriblər”, – deyə Meza bildirib.

Bundan əvvəl Nyeto Qusmandan 100 milyon dollar həcmində rüşvət almaqda ittiham olunurdu. Nyetonun prezidentliyi dövründə narkobaron iki dəfə həbs olunub. Sonuncuda bu ABŞ-a ekstradisiya ilə nəticələnib.

İnterPress.az