Senat ABŞ hərbçilərinin 30 gün ərzində Yəməndən çıxarılmasına dair qanun qəbul edibbackend

Senat ABŞ hərbçilərinin 30 gün ərzində Yəməndən çıxarılmasına dair qanun qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, ABŞ Senatı bununla bağlı qanun layihəsi qəbul edib.

Senatın 54 üzvü layihənin lehinə, 44-ü isə əleyhinə səs verib.

Bu sənəd Konqresin Nümayəndələr Palatasında qəbul edildikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır. Qanun bundan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husi qiyamçıları arasında müharibə gedir. Səudiyyə Ərəbistanının başçlıq etdiyi ərəb dövlətlərindən ibarət koalisya hökumət qüvvələrini dəstəkləyir. Cari ilin fevralında Nümayəndələr Palatası ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanına hərbi dəstəyini kəsməsinə dair başqa bir qanun layihəsini qəbul etmişdi.

İnterPress.az