Çində müsəlman düşərgələri bağlana bilərbackend

Çində müsəlman düşərgələri bağlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“South China Morning Post”un məlumatına görə, belə bir bəyanatla bölgənin başçısı Şöhrət Zakir çıxış edib.

Onun sözlərinə görə, düşərgələrin və orada saxlanılan insanların sayı tədricən azalacaq.

“Cəmiyyətin hazırlıq mərkəzlərinə ehtiyacının qalmadığı gün gəlib çatsa, onlar tədricən yoxa çıxacaq”, – deyə Şöhrət Zakir bildirib.

Zakir müsəlmanlar üçün yaradılan düşərgənin müvəqqəti ölçü olduğunu açıqlayıb. Təcrid edilən şəxslərin sayı barədə dəqiq rəqəmləri açıqlamasa da, ümumilikdə bir milyondan az olduğunu dilə gətirib.

Milyona yaxın uyğurun və digər müsəlman xalqların nümayəndəsinin saxlanıldığı “siyasi yenidən tərbiyə” məqsədilə düşərgələr barədə məlumat böyük rezonans doğurmuşdu.

Pekində qeyd edirlər ki, belə mərkəzlər ektremizmin qarşısını almaq və müsəlmanların faydalı peşə bacarıqlarını mənimsəməsi məqsədi daşıyır. Habelə düşərgədən müəyyən müddətdən sonra buraxılan uyğurlar orada müsəlmanların işgəncələrə məruz qaldığını əmin edir.

İnterPress.az