DGK: Azərbaycana gətirilən sıxılmış qazla işləyən avtobuslar ƏDV-dən azad olunacaqbackend

DGK: Azərbaycana gətirilən sıxılmış qazla işləyən avtobuslar ƏDV-dən azad olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu jurnalistlərə Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, bura sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış təbii qazla işləyən avtobuslar daxildir: \”Bununla bağlı Vergilər Məcəlləsində təklif edilən dəyişikliklərdə qeyd olunub.Hazırda paytaxtda istifadə olunan \”BakuBus\” avtobusları da sıxılmış qazla işləyir. Bu ilin mart ayının 8-dən isə məxsusi olaraq sıxılmış qazla hərəkətə gətirilən və hava limanlarında istifadə olunan avtobusların idxalı gömrük rüsumundan azad olunub\”.

İnterPress.az