Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında saziş imzalanacaqbackend

Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında saziş imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “BelTA”ya istinadən xəbər verir ki, Belarus İstintaq Komitəsindən verilən məlumata görə, komitə sədri İvan Noskeviçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. O, Baş prokuror Zakir Qaralovla görüş keçirəcək.

Bununla yanaşı, bu gün və sabah qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədbirlərdə iştirak edəcək. Belarus təmsilçiləri məhkəmədən qabaq cinayət istintaqının təşkili və islahatı, ilkin istintaq mərhələsində prokuror nəzarətinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədirlər.

İnterPress.az