Yol polisi sürücülərə müraciət edibbackend

Yol polisi sürücülərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, bayram günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının vaxtında alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqət yetirməli olduqları məqamları ənənəvi olaraq bir daha xatırladır. İdarənin bununla bağlı sürücülərə müraciətində deyilir:

\”Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə xüsusi diqqət ayırın və aşkar olunan nasazlıqları təxirə salmadan aradan qaldırın.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücü və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır.

Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümükün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

Unutmayın, qaydalara riayət etməklə Siz, həm özünüz, həm də əzizləriniz üçün bayram günlərinin xoş keçməsinə zəmin yaratmış olacaqsınız!\”

İnterPress.az