Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qırğızıstan-Tacikistan arasında silahlı insident

Tacikistan-Qırğızıstan sərhədində beynəlxalq münaqişə yaşanmaqdadır. Münaqişənin Qırğızıstanın Batken vilayətinin cənub-qərb hissəsindən keçən yolun inşası ilə bağlı düşən mübahisədən qaynaqlandığı bildirilir.

Dərc edilib: 14 mart 2019 [16:29]
Baxış sayı: 4667

İnterPress.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Toqquşma Qırğızıstandan olan fəhlələrin Fərqanə vadisində yerləşən Vorux tacik anklavından keçən yolun inşasını bərpa etməyə çalışmasından sonra yaşanıb. Sözügedən anklavda 30 minə yaxın etnik tacik yaşayır.

Hər iki tərəfdən onlarla insan bir-birini daş atəşinə tutub. Toqquşma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Sonradan qarşıdurma daha da kəskinləşib. Tacikistan rəsmiləri bir nəfərin güllələndiyini bəyan edir. Qırğızıstan tərəfi də xəstəxanaya güllə yarası ilə zərərçəkənlərin daxil olduğunu təsdiqləyib.

Münaqişənin gərginləşməsinin qarşısını almaq üçün tikinti yerinə hər iki ölkənin sərhəd-mühafizə xidmətinin əməkdaşları səfərbər olunub. Tacikistan və Qırğızıstan rəsmiləri məsələni yoluna qoymaq üçün İsfar şəhərində danışıqlar aparır.

Qeyd edək ki, Qırğızıstan, Özbəkistan və Tacikistan Sovet İttifaqı dağılandan bəri Fərqanə vadisindən keçən sərhəd xətləri ilə bağlı orta məxrəcə gələ bilmir. Sözügedən bölgədə bir neçə etnik qrup yaşayır.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86