Monteneqro Prezidenti: “Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir”backend

Monteneqro Prezidenti: “Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Milo Cukanoviç jurnalistlərə bildirib.

“Bu gün Azərbaycan Prezidenti ilə görüşüb ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etdik. Çox dəyərli söhbətimiz oldu. Monteneqro ilə Azərbaycanın münasibətləri əladır, qarşılıqlı dostluğa əsaslanır. Münasibətlərin daha da inkişaf etməsi üçün yeni-yeni imkanlar ortaya çıxarırıq”, – deyən dövlət başçısı turizm və enerji sahələrindəki əməkdaşlığın diqqət mərkəzində olduğunu qeyd edib.

“Həmçinin turizm sahəsində əməkdaşlıq, o cümlədən Porto Novi turizm mərkəzi layihəsinə dair, habelə İoniya-Adriatik qaz kəməri vasitəsilə Xəzər qazının ölkəmizə nəqli ilə bağlı müzakirələr apardıq”, – deyən dövlət başçısı görüş zamanı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət etdiyini diqqətə çatdırıb.

İnterPress.az