Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlibbackend

Azərbaycanın 3 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunlar Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonovdur.

Nekrasova təsnifat mərhələsində dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq 7-ci yeri tutub.

Sərbəst hərəkətlərdə 14,066 xal yığan Ağarzayev də təsnifat mərhələsində eyni pillədə qərarlaşıb. Halqalarda çıxış edən Simonov isə 14,433 xalla 8-ci olub.

Hər 3 gimnastın tutduğu yer onlara finalda iştirak imkanı verib.

Qeyd edək ki, Dünya kubokunda Azərbaycanı İvan Tixonov da təmsil edir. Bütün 4 idman gimnastı mübarizəni martın 15-də təsnifat yarışlarında davam etdirəcək.

İnterPress.az