Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir

Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir.

Dərc edilib: 14 mart 2019 [22:03]
Baxış sayı: 12576

İnterPress.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur:

"Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmər vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir".

Dövlət başçısının sözlərinə görə, qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır:

"Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını əyani şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq".

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116