Yeni Zelandiyada ölənlərin sayı 49-a çatıb – YENİLƏNİB-3backend

Yeni Zelandiyada ölənlərin sayı 49-a çatıb – YENİLƏNİB-3

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyada məscidlərdə baş verən atışma zamanı ölənlərin sayı 49 nəfərə çatıb. İnterPress.az-ın \”Associated Press\”ə istinadən verdiyi məlumata görə, bu barədə polis komissarı Mayk Buş məlumat verib.

***

Yeni Zelandiyada 2 məsciddə baş verən atışma zamanı ölənlərin sayı 40 nəfərə çatıb.İnterPress.az-ın \”Bloomberg\”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Casinda Ardern məlumat verib. Onu sözlərinə görə, hadisədə 20-dən çox şəxs ciddi xəsarət alıb. O baş vermiş hadisəni \”dəhşətli zorakılıq aktı\” adlandırıb.

Məscidlərə hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb. Polis insanları müvəqqəti olaraq ölkədəki digər məscidlərə getməməyə çağırıb.

***

İnterPress.az xəbər verir ki, bu barədə “New Zeland Herald” məlumat yayıb.

Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin nəfər həyatını itirdiyi bildirilir. Bəzi mənbələr 50-yə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insan ibadət edib.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irçi fəalın həyata keçirrdiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Hadisə şahidlərinin dediyinə görə, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub, silahlı hücumu sosial şəbəkədə canlı yayımlayıb. Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.

Ölkənin baş naziri Casind Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və “ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib.

İnterPress.az