Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdıbackend

Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kommersant” qəzeti xəbər verir ki, Bakıda səfərdə olarkən Gürcüstan və Azərbaycanın torpaqlarının işğal altında olmasından danışan Salome Zurabişvili Yerevanda da mövqeyini dəyişməyərək, Ermənistan rəhbərliyini işğal siyasətində ittiham edib.

Dəfələrlə çıxışlarında Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğal olunmasından danışan Gürcüstan prezidenti, qonşu ölkəyə səfəri zamanı ilk dəfə açıq şəkildə Ermənistanın Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdiyini bildirib

Salome Zurabişvili Yerevanda baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüş zamanı onun fevralın 27-də Bakıda səfərdə olarkən verdiyi kəskin bəyanatlar gündəmə gətirilsə də, Gürcüstan prezidenti nəinki geri addım atıb, əksinə Ermənistan tərəfinə qarşı bir sıra ittihamlar irəli sürüb.

Salome Zurabişvili Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyanla görüşdə bildirib ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünü sözdə deyil, əməldə tanımalıdır. O fikirlərini aşağıdakı kimi izah edib:

“Sizin nümayəndə heyəti Dağlıq Qarabağa, Abxaziya və Cənubi Osetiyaya səfər edir. Bununla da səfərin təşkilatçıları hər iki münaqişənin bənzər olduğunu nümayiş etdirirlər. Biz hesab edirik ki, Ermənistan ölkəmizə qarşı xeyirxah niyyət nümayiş etdirmir”.

İnterPress.az