Bakıda üç avtomobil yanıbbackend

Bakıda üç avtomobil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyindən İnterPress.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda “Suzuki” markalı iki yük avtomobilinin kabinə hissəsi, bir avtomobil qoşqusu və ümumi sahəsi 5 m² olan dəmir köşkün içərisində avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir avtomobil yanması Bakı şəhərinin Nizami rayonunda baş verib. Belə ki, “İran Khodro” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İnterPress.az