Əfqanıstan Azərbaycanla neft sahəsində əlaqələri genişləndirməkdə maraqlıdırbackend

Əfqanıstan Azərbaycanla neft sahəsində əlaqələri genişləndirməkdə maraqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın SOCARA istinadən verdiyi məlumata görə, görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələrindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirib.

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, imkanlar araşdırılıb. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Qeyd edək ki, SOCAR müxtəlif əməliyyatları, o cümlədən satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə 40-dan artıq ölkədə 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət, həmçinin, ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.

İnterPress.az