UEFA-nın reytinq siyahısı açıqlanıb, Azərbaycanın mövqeyi dəyişməz qalıbbackend

UEFA-nın reytinq siyahısı açıqlanıb, Azərbaycanın mövqeyi dəyişməz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, baş tutan qarşılaşmalar cədvəldə yalnız bir dəyişikliyə səbəb olub.

Avstriya Hollandiyanı arxada qoyaraq 11-ci pilləyə yüksəlib. Buna “Zalsburq”un Avropa Liqasında “Napoli”ni 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Lakin Avstriya təmsilçisi mübarizəni dayandırdığından bu ölkə üçün də avrokubok mövsümü başa çatıb. Ümumiyyətlə, 1/4 finalda yalnız 7 ölkənin klubları mübarizə aparacaq.

Digər 48 ölkə üçün mövsüm başa çatıb. Onların arasında olan Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb və son siyahı ilə müqayisədə yeri dəyişməyib. Klublarımız son 5 mövsümün yekununda 19,000 xal toplayıb.

Qeyd edək ki, ölkələrin avrokuboklardakı təmsilçiliyi zamanı əsas götürülən siyahıya İspaniya başçılıq edir – 101,855 xal.

İnterPress.az