Bərdədə qohumların mübahisəsi qanlı bitibbackend

Bərdədə qohumların mübahisəsi qanlı bitib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Vasif Vaqif oğlu aralarında baş verən münaqişə zəminində qohumu, Bərdə şəhər sakini, 1972-ci il təvəllüdlü Abdullayev Eldəniz Telman oğlunu bıçaqlayıb.

Üç bıçaq xəsarəti alan E.Abdullayev Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Abdullayev isə şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanıb.

İnterPress.az