Sabunçu stansiyası bu tarixdə açılacaq – Mərkəzə 12 dəqiqəlik yolbackend

Sabunçu stansiyası bu tarixdə açılacaq – Mərkəzə 12 dəqiqəlik yol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin ad günü tarixinə stansiyanın açılışı olacaq:

“Bunun üçün yeni qatarlar sifariş edilib və iki əlavə qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək”.

Cavid Qurbanov qeyd edib ki, Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq:

“Abşeron dəmir yolu xəttində aparılan işləri əvvəllər bir-iki aya bitirəcəyimizi düşünürdük, amma orada iş həcmi çoxdur. Burada çox yerlərdə konfliktli toqquşmalar, kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yer altında olsun”.