Şahin Mustafayev: “Bakı və Tehran arasında uçuşların sayının artırılması məqsədəuyğun olardı”backend

Şahin Mustafayev: “Bakı və Tehran arasında uçuşların sayının artırılması məqsədəuyğun olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycana 241 min İran vətəndaşı səfər edib. Qonşu ölkənin sakinləri “ASAN viza” sistemi vasitəsilə viza alan əcnəbilərin arasında liderdir.

“Bu baxımdan Bakı və Tehran arasında uçuşların sayının artırılması məqsədəuyğun olardı. Aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməkdə Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması mühüm töhfə ola bilər”, – nazir qeyd edib.

İnterPress.az