Gürcüstanın müdafiə naziri azərbaycanlı əsgərin döyülməsinə münasibət bildiribbackend

Gürcüstanın müdafiə naziri azərbaycanlı əsgərin döyülməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.

Onun sözlərinə görə, hərbi hissədə iki çağırışçı digərlərinə fiziki təzyiq göstəriblər və onlardan maaş kartlarını almaq istəyiblər: “Müəyyən xəsarətlər alan çağırışçı nə bir nəzarət orqanı, nə tibbi məntəqə, nə də komandirə travmalarının səbəbi barədə danışıb. O, digər səbəb göstərərək məzuniyyətə çıxmasını xahiş edib və daha sonra ailə üzvlərinə döyüldüyünü deyib”.

Nazir bildirib ki, insident barədə məlumat alandan dərhal sonra istintaq tədbirləri həyata keçirilib: “Mən insidentdə zabitlərin iştirakını qəti surətdə istisna edirəm. Gürcüstanda ordunun 90-cı illərə qayıtması barədə iddialar hər bir məğrur əsgər üçün təhqirdir. Bu cür halların orduda sistematik xarakter alması barədə bəyanatlar eşidəndə yalnız gülüş doğurur”.

Qeyd edək ki, Gürcüstan ordusunun əsgəri Kazım Qəhrəmanov martın 9-da Krtsanisi hərbi hissəsində döyülüb. Hərbi Polis azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 nəfəri saxlayıb. Saxlanılan şəxslərin K.Qurbanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərərək pul tələb etdikləri müəyyən olunub. (report)

İnterPress.az