Paolo Maldininin oğlu İtaliya millisinə dəvət alıbbackend

Paolo Maldininin oğlu İtaliya millisinə dəvət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Football Italia\”ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu Hollandiya ilə yoldaşlıq matçı üçün milliyə dəvət alıb.

\”Milan\”ın gənclər komandasında çıxış edən oyunçu 22 matçda 9 qol vurub. O, Maldini ailəsinin İtaliya yığmasında çıxış edən üçüncü üzvü olub. Daniel Maldininin babası Çezara Maldini də \”Milan\”ın və İtaliya millisinin şərəfini qoruyub.

Qeyd edək ki, Paolo Maldini 1988-2002-ci illərdə İtaliya yığmasında çıxış edib. Sabiq müdafiəçi yığmanın heyətində dünya çempionatının gümüş və bürünc medallarını qazanıb. O, Avropa çempionatının da gümüş mükafatçısıdır. Atası Çezera Maldini isə 1958-1963-cü illərdə İtaliya yığmasının heyətində yer alıb.

İnterPress.az