Prezidentin fərmanına uyğun olaraq Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilibbackend

Prezidentin fərmanına uyğun olaraq Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib.

Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: “Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi. Bu, eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün ümumilikdə 6 bina istismara verilir”.(report)

İnterPress.az