Məktəbə qəbul zamanı niyə işıq pulu qəbzi tələb olunur? – AÇIQLAMAbackend

Məktəbə qəbul zamanı niyə işıq pulu qəbzi tələb olunur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva bildirib ki, elektrik enerjisi qəbzinin kodunun istənilməsi, sadəcə, qeydiyyatla bağlıdır:

“Hazırda bir sıra məktəbdə sıxlıq müşahidə olunur. Bunun üçün üstünlük hüququ deyilən ərazi prinsipi var. Əgər valideynlərin övladlarından biri həmin məktəbdə oxuyursa, yaxud valideynlərdən biri məktəbdə işləyirsə, Təhsil Nazirliyinin məlumat bazasıdan qeydiyyat zamanı bu prinsip yoxlanır.

Valideyn qeydiyyatda həmin ünvanda yaşayırsa, heç bir problem olmadan məlumat bazasından qeydiyyat ünvanının həmin məktəbin ərazisinə düşüb-düşməməsi göstərilir.

Valideyn başqa yerdə qeydiyyatdadır, amma ona yaxın məktəbin ərazisində yaşayırsa, onun sənədləri aparıb-gətirməsinə ehtiyac qalmaması üçün faktiki yaşadığı qeydiyyatın təsdiqi üçün yalnız elektrik enerjisi qəbzinin kodu sistemə daxil edilir. Bu zaman valideynin yaşadığı ünvan avtomatik şəkildə tapılır”.

“Bununla da valideynin həmin ərazidə yaşaması təsdiq olunur. Bu sırf vətəndaşın məmnuniyyətini təmin etmək üçündür ki, vətəndaş hansısa bir arayış, sənəd üçün uzun müddət get-gələ düşməsin”, – deyə İlhamə Abdullayeva bildirib.