Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rəşad Mahmudov: “İcbari tibbi sığorta sistemi tətbiq olunaraq, xəstəxanalarda qanunsuz ödənişlərin qarşısı alınacaq”

Deputat xəstəxanaların keyfiyyət standartları üzrə akkreditasiyadan keçirilməsini təklif edib

Dərc edilib: 15 mart 2019 [19:29]
Baxış sayı: 7361

2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Tibb işçiləri qanun şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”.

İnterPress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib

Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır. Bütün bunlarla yanaşı tibbi xidmətin əl çatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”. Millət vəkili Rəşad Mahmudov qeyd edib ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akreditasiyadan keçirilməsi, standartların hazırlanması, ixtisaslaşmış tibb personallarının akreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanununa əlavələr edilməsi mühüm məsələlərdən biridir: “Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlər gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.“Xəstəxanaların keyfiyyət standartları üzrə akkreditasiyadan keçirilməlisini, eləcə də xəstəxanalarda tibb xidmətlərin göstərilməsi üzrə standartların hazırlanmasını təklif edirəm”.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 116