Çində torpaq sürüşməsi 2 nəfərin həyatına son qoyubbackend

Çində torpaq sürüşməsi 2 nəfərin həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, sürüşmə ölkənin Şansi vilayətində baş verib, hadisə nəticəsində daha 17 nəfər itkin düşüb.

Dağıntılar altında yerli xəstəxana, kredit assosiasiyası binası və kiçik hamam qalıb.

Hazırda 13 nəfərin həyatını xilas etmək mümkün olub. Xilasetmə əməliyyatları davam etdirilir. Əməliyyatlara 46 yanğınsöndürən maşın, 12 axtarış iti, 26 mütəxəssis və həkimlər cəlb olunub.

İnterPress.az