Polis: “Hər iki hücuma məsuliyyəti Brenton Tarrant daşıyır”backend

Polis: “Hər iki hücuma məsuliyyəti Brenton Tarrant daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu polis komissarı Mayk Buş jurnalistlər üçün keçirilmiş brifinqdə deyib.

“Hazırda biz hər iki hücuma görə Tarrantın məsuliyyət daşıdığını düşünürük. Növbəti məhkəmə tarixinə qədər ona qarşı yeni ittihamlar irəli sürüləcək. Həmin ittihamları da araşdırmalar göstərəcək”, – deyə Buş bildirib.

Qeyd edək ki, Kraystçerçdəki Əl-Nur və Linvud məscidlərinə edilmiş silahlı hücum nəticəsində 49 nəfər ölüb, daha 48 nəfər xəsarət alıb.

İnterPress.az