Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İlham Əliyev parlamentə yeni qanun layihəsi göndərdi

Azərbaycanda ailə, əmək mübahisəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Dərc edilib: 16 mart 2019 [11:42]
Baxış sayı: 5919

İnterPress.az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, söhbət “Mediasiya haqqında” qanun layihəsindən gedir.

Ölkə prezidentinin imzası ilə MM-ə təqdim olunmuş yeni qanun layihəsinin ilkin variantı 5 fəsil və 39 maddədən ibarətdir.

Qanun layihəsinə görə, mediasiya - tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir.

Yəni “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin mediatorun statusunu müəyyənləşdirəcək.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86