Azərbaycanın magistral neft kəmərləri ilə iki ayda 6,5 mln. ton neft ötürülübbackend

Azərbaycanın magistral neft kəmərləri ilə iki ayda 6,5 mln. ton neft ötürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 81,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 247,9 min ton neft ötürülüb.

Bu ilin iki ayında magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 3%, BTC ilə nəql 3,9% az olub.

Dövr ərzində BTC kəməri ilə 752,7 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

İnterPress.az