Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Almaniyada Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib

Almaniyada yaşayan azərbaycanlılar üçün Köln və Berlin şəhərlərində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.

Dərc edilib: 16 mart 2019 [17:25]
Baxış sayı: 2564

İnterPress.az-ın məlumatına görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Avropa Azərbaycanlıları Koordinasiya Şuralarının nümayəndələri, Avropada yaşayan azərbaycanlı alimlər və digər peşə sahibləri iştirak ediblər.

Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışaraq, son bir ildə görülən işlərlə bağlı məlumat verib. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb, ardınca Fondun təqdimat filmi və loqosu nümayiş etdirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tərəfindən fondun internet saytı təqdim olunub. Saytın iş prinsipi və qeydiyyat qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Aytən Əliyeva tədbir iştirakçılarına bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumat verərək düşərgədən bəhs edən qısa video icmalı nümayiş etdirib. Təqdim edilən video-filmlər və Diaspor Gənclərinin Yay Düşərgəsi Avropada yaşayan azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Koordinasiya Şuralarının hesabatları və gələcək planlar dinlənilib.

Sonda Azərbaycanın diaspor siyasəti, Yol Xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları, diaspor təşkilatlarının və onları birləşdirən Koordinasiya Şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan Respublikasının Prezindentinin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində yaradılıb.


İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 86