Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıbbackend

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 69,6%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 15,5% artıb. Ümumi sərmayənin 60,3%-i məhsul istehsalı obyektlərinin, 30,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,2%-i isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3%, əhalinin şəxsi vəsaitləri 6,0%, bank kreditləri 4,6%, büdcə vəsaitləri 22,0%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.

İnterPress.az