Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 29% artıbbackend

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 29% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə isə hesabat dövründə magistral qaz kəmərləri ilə 5 270,1 mln. kubmetr qaz nəql edilib. Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artım müşahidə olunub.

Qazın nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu ilin 2 ayında bu kəmərlə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 29% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

İnterPress.az