Bakı sakinlərinə güclü küləklə bağlı – XƏBƏRDARLIQbackend

Bakı sakinlərinə güclü küləklə bağlı – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlamasında bildirib ki, hazırda Bakıda güclü külək müşahidə olunur:

“Sürücülərə, vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini irigövdəli və hündür ağacların altında saxlamasınlar”.

O.Məmmədov qeyd edib ki, hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı məlumat gəlib və birlik əməkdaşları hadisə yerlərinə yollanıblar.

“Küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib”, – deyə Orxan Məmmədov qeyd edib.

Məlumat üçün bildirək ki, martın 18-də Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var.

İnterPress.az