Goranboyda ev yanıbbackend

Goranboyda ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Hemenli kəndində baş verib. Kənd sakini Faiq Məmmədova məxsus 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində qısa qapanma nəticəsində yanğın baş verib. Gecə saatlarında, ev sahiblərinin yatdığı zaman başlayan yanğın qısa zamanda bütün evi bürüyüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.(ona)

İnterPress.az