Nazir müavini: “Şəxsi məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi düzgün deyil”backend

Nazir müavini: “Şəxsi məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi düzgün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

\”Məsələn, kimsə harasa səyahət edirsə, bu barədə sosial şəbəkələrdə məlumat yaymaq düzgün deyil. Bu məlumatdan sizi tanıyanlar və tanımayanlar xoşagəlməz məqsədlər üçün istifadə edə bilərlər. Hər kəs bu məlumatları yayarkən sabahını düşünməlidir. Nazirlik olaraq sosial şəbəkələrdəki məlumatların ötürülməsi hallarına müdaxilə etmək imkanımız yoxdur. Çünki onlar ölkədən kənarda yerləşirlər. Sosial şəbəkələrin qaydalarının tənzimlənməsində hansısa ölkələrin və yaxud qurumların heç bir rolu yoxdur. Müəyyən təkliflər irəli sürsək də, onlara baxılmır\”, – o qeyd edib.

İnterPress.az